Rels

Rels yolu

Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonlarınkranların hərəkətinə xidmət edir.

Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək.

Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur. Gərginlik buraxılabilən qiymətin yuxarı həddinə çatdıqda başqa profil götürmək məsləhət görülür. Bu halda yeyilmənin qiyməti ikinci dərəcəli rol oynayır.

Yönəldicilik baxımından relslərin materialının xassələri, əsasən yeyilmənin qiyməti ensiz qövslərdə möhkəmliyə müəyyən dərəcədə təsir göstərir. O, təkərlərin relslə təmasda olduğu zonalarda səthin zədələnməsini və çarxların yan tillərinin dağılmasına gətirb çıxara bilir. Ona görə də, ensiz qövslər olan sahələrdə daha yüksək keyfiyyətli poladlardan hazırlanmış relslərdən istfadə etmək tövsiyə olunur.

Son illərdə işlənmiş çoxlu sayda rels profillərindən enli ayağa malik olan daha geniş yayılmışdır. Onun en kəsiyi simmetrik olub, boyun, ayaq və keçdidən ibarətdir. Müxtəlif relslər bir metrəyə düşən çəkilərinə görə fərqləndirilirlər.

Relslərdə istismar zamanı yaranan riflər son illər aparılan tədqiqat mərkəzində durur. Rif dedikdə hündürlüyü 0,1-0,3 mm, addımı 3–6 mm olan dalğavarilik başa düşülür. Yüksək sürət qatarlarında riflər yüksək tezlikli səslər yaradır və titrəmələr sayəsində bərkidici vasitələrin boşalmasına gətirib çıxarırlar. Əgər relslərin dəyişdirilməsi nəzərdə tutulmayıbsa, onda riflər pardaqlama yolu ilə aradan qaldırılır.


Developed by StudentB